Create a Myspace LED Scroller


   
  Azərbaycanım
  Şerlər
 

ELŞƏN   MƏMMƏDOV





Həyat Şirin Həyat Acı

Nə xoşbəxt xəlq etmiş məni yaradan,
Doğru amalımdır dana bilmirəm.
Biri o birinə nadanlıq edir,
Onun etdiyini qana bilmirəm.
**********************************
Kiminin həyatı xəyanət dolu,
Kiminin seçimi ədalət yolu.
Həyatın hər yanı zəhərli badə,
Bu acı şərabı içə bilmirəm.
**********************************
Başımdan həyacan yelləri əsdi,
Köksümə dirəndi əhdimi kəsdi.
Bir "ALLAH "qorxusu varki içimdə,
Şikayət eləsəm dinə bilmirəm.
**********************************
O qədər çoxdurki həyat sevgisi,
Bu şirin nemətdən doya bilmirəm.
Bilməm nə olacaq sonun, ey dünya!
Tərk etmək istəsəm gedə bilmirəm..

 
  Bugün 1 ziyaretçi (24 klik) kişi burdaydı!

Free Music

Free Music



Free Music
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol