Create a Myspace LED Scroller


   
  Azərbaycanım
  Milli Qəhrəman
 



AZƏRBAYCAN SƏNİNLƏ FƏXR EDİR!!  ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN !!!   
     
   
 



Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Çingiz Mustafayevin il dönümü günü, Şəhidlər Xiyabanında onun məzar daşının üstündə vəreqdə yazılmış bir şer parçası vardı. Vəreqdəki şeri olduğu kimi, necə var o cür də yerləşdirirəm. Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

Qarşımda Xiyaban, soyuq məzarlar
Məzardan baxışlar sinə dağlayır
Tutulur ayaqlar, susur dodaqlar
Bədən süst olsa da gözlər ağlayır

Düz 15 il qabaqlar göz önündədi
Ayın on beşidir qan tarixidir
Çingizin söhbəti söz önündədi
Torpağa qoyduğu can tarixidir

Gözlərim axtarır onu durmadan
Hər məzar bir Çingiz tarixi yazıb
Gəncliyin zirvəsin başa vurmadan
Hər igid bir şəhis izrvəsi cızıb

Nəhayət Çingizin qəbrinə çatdım
Baş əydim önündə gözlərim doldu
Bir anlıq qəflətin yuxusun yatdım
Payız çiçəyi tək həyatım soldu

- Salam ay Çingiz. Necəsən qardaş?
Səni salamlayır adi Vətəndaş
Gəl bir söhbət edək, bəlkə dərdləşək?
Bəlkə poeziya? Şer deyişək?
Ay Çingiz sənləyəm duyursan məni?
Cavab ver,söhbət et, dinlərəm səni
Dillənmir nədənsə, bəlkə kefi yox?
Bəlkə çox çərlədim, danışıram çox?
Ay Çingiz bəlkə bir başqa vaxt gəlim
Bir dillən, cavab ver işimi bilim
Çingiz, qadası, bir dillən barı
Silkələrəm əsəbdən soyuq məzarı
Sükunət.Çingizdən çıxmayır bir səs
15 il ərzində bir adam, bir kəs
Anlamır bu Çingiz niyə danışmır
Niyə bizə qaynamır, niyə qarışmır
Tapmışam. Düşünür biqeyrətik biz
Binamus, bişərəf, binemətik biz
Düşünür torpağı geri almırıq
Orada məskənlər axı salmırıq
Onun da qanından axıbdır ora
Deyir yiye durun siz o diyara
Qaytarın geriyə şəhid qanını
Qorxma ver düşmənə şirin canını
Amma ki, qaytar sən o torpağı
Qaytar geriyə o Qarabağı
Əzin düşməni, üstündən keçin
Ya Vətən, ya ölüm birini seçin
Bax deyir bunları Çingiz qardaşım
Əsəbdən qızıram, partlayır başım
Dişlərim qıcışır, gözlər qan dolu
Vətənin uğrunda ölümdür yolum
Mən sənin balaca qardaşın Çingiz
Mən də sənin kimi qoyacağam iz
Bir kişi sözünü verirəm sənə
Özümü həsr etdim mən bu Vətənə
Yenə də ortaya çökdü sükunət
Nisbətən dayandı qızışmış söhbət
Məzar gülümsədi. Dedi
- "On beş il.
Hər gələn gedən də bunu deyir bil
Onunçün dinmirəm susuram Brat
15 il milləti pusuram Brat
Mənə hər söz verən görsəydi bir iş
Vətən öz ovladın onda görərmiş
Nəisə imkan ver uyuyum rahat
Sən sağ qal ay Brat, mən də salamat
Allah Çingizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin AMİN.

 

 
  Bugün 1 ziyaretçi (27 klik) kişi burdaydı!

Free Music

Free Music



Free Music
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol