

Qarabağ yenidən Azərbaycanın ayrılmaz hissəsi olacaq !!!
E.Məmmədov
QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR!

Ərazisi - 1361 km2
Əhalisinin sayı - 110 000
İnzibati mərkəzi- FÜZULİ
Qəsəbələr / Kəndlər
Əhmədbəyli, Bala Bəhmənli, Araz Zərkar. Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Qarabağ, Əhmədalılar, Qazaxlar. Mİrzənağılı, Aşağı Kürmahmudlu, Yuxarı Kürmahmudlu, Alıxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Araz Yağlıkənd, Arayallı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Füzuli şəhər, Aybasanlı, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysalli, Yuxarı Veysəlli, Qarakollu, Saracıq, Yuxan Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Küzlək, Xatınbulaq, Qacar, Divanlılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Arış, Mollavəli, Dsdəli. İşıqlı, Qarqabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Dövlətkarlı, Zərkar, Qərbənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Horadiz, Dördçinar, Mirzəcamallı, Seyidmahmudlu, Ələskərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandı, Aşağı Güzlək, Aşaği Rəfədinli, Üçbulaq, Kovşad, Cuvarlı, Xələfşə, Çimən, Quraşdırma ev
Füzuli... Qədim Qarabulaq! Bu gün o dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyır. Bu torpağın Araz yanğısına Ərgünəşdən, Məngələn-atadan axıb gələn buz bulaqlar sərinlik gətirir. Füzuli... Yer üzünün ilk insan məskənlərindən sayılan Azıx Füzulidədir. Quruçay mədəniyyət abidələri əsrlərin sirrini açır, eyni zamanda çox-çox sirləri də gizlədir. Füzuli başa-baş Azərbaycan koloritinə sahibdir. Saf hava, bol günəş, bərəkətli torpaqlar, duzlu-məzəli, təmiz ürəkli insanlar. Türbələr, karvansaralar, qəsr, qala və hasar izləri bu gün də yaşamaqdadır. Füzuli ziyalılar, sənətkarlar bölgəsidir, az qala hər evbaşına bir sənətçi düşür. Müasirliyə, elmə və təhsilə can atmaq bu torpaqda doğulan adamların qanında, canındadır. El xanəndəsi Zabul Ağabala Füzulini belə öyürdü:
Nə gözəl ellərin var,
Vətənim Füzuli.
Sərvətli çöllərin var,
Vətənim Füzuli, Ürəyim Füzuli.


Ərazisi - 289 km2
Əhalisinin sayı - 241165
İnzibati mərkəzi - ŞUŞA
Qəsəbələr / Kəndlər
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçu-lar, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər
Şuşanın dağları başı dumanlı,
Dərdindən ölməyə çoxdu gümanı...
Ustad Xan Şuşinskinin oxuduğu bu qədim el mahnısını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir. Çünki əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğrudan da çox dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Azərbaycan musiqisinin beşiyi sayılan Şuşanın onlarla tarixi abidələri, î cümlədən Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı "Gövhər ağa məscidi", Xurşudbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yağmalanıb. Hətta Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəli belə düşmən gülləsinə tuş gəlib... Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasınından didərgin düşən qaçqınlar yenidən öz yurduna qayıdacaqlar. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq "Xanın səsi", "Qarabağın şikəstəsi..."
LAÇIN ŞƏHƏRİ

Ərazisi - 1875 km2
Əhalisinin sayı - 61763
İnzibati mərkəzi - LAÇIN
Qəsəbələr / Kəndlər
Laçın şəhəri, Qarıkaha, Güləbird, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Səfiyan, Türklər, Xanallar, Suarası, Fərəcan, Yuxarı Fərəcan, Mığıdərə, Tərxanlı, Dəyhan, Dəyirmanyanı, Malxələf, Məlikpəyə, Mazutlu, Köhnəkənd, Qışlaq, Əyrək, Alıcan, İrçan Xumarta, Çəmbərəxaç, Fətəlipəyə, Ağanus, Unannovu, Turşsu, Kərəviz, Zerti, Xırmanlar, Tığik-1, Tığik-2, Ağbulaq, Zabux, Qızılca, Sus, Malıbəy, Hüsülü, Ziyrik, Ağoğlan, Cağazur, Qarqışlaq, Soyuqbulaq, Zeyvə, Qılışlı, Hacılar, Sadınlar, Bqzlu, Qalaça, Mirik Quşçu, Əhmədli, Mİnkənd, Ağbulaq, Qarakeçdi, Katos, Şeylanlı, alxaslı, Kamallı, Çıraqlı, Mişni, Sonasar, Mayıs, Hocaz, Uluduz, Mollalar, Bülündüz, Ayıbazar, İpək-1. İpək-2, Pircahan, Alıqulu, Seyidlər, Qaraçanlı-1, Qaraçanlı-2, Qoşasu, Bölüvlük, Alpoııd, Ağcakənd, Təzəkənd, Ərədəşəvi, Haxnəzər, Qozlu, Fingə, Vağazin, Kalafalıq, Bozgüney, Arduşlu, Ağcayazı, Fərraş, Nurəddin, Piçənis, Xaçıyalı, Çorman, Şamkənd, Nağdağı, Bozdağan, Çorman, Ələkçi, Kürdhacı, Ərikli, Hacsamlı, Aşağı Qarasaqqal, Yuxarı Qarasaqqal, Qarabəyli, Lolabağırlı, Korcabulaq, Qorçi, Zağaaltı, Oğuldərə, Ağalaruşağı, Daşlı, Hətəmlər, Vəlibəyli, Kaha, Nanşlar, Şəlvə, Imanlar. Danbulaq, Hactxanlı, Qovuşuq, Budaqdərə, Qayğı qəsəbəsi.
Laçın - azman dağlar diyarıdır. Naltökən qayalar sinəsindən aşıb keçməyə hər oğulun gücü çatmaz. Hər qaya dibindən bir bulaq qaynayır Laçında - şirin sulu, turş sulu, isti sulu, soyuq sulu bulaqlar. Orada - Güləbirddə dünyanın ən zərif şairi Sarı Aşığın qəbri uyuyur.

Ərazisi - 1154 km2
Əhalisinin sayı - 153154
İnzibati mərkəzi - AĞDAM
Qəsəbələr / Kəndlər
Quzanlı, İmanqulubəyli, Çullu, Eyvazlı, Üçoğlan, Alıbəyli, Kiçikli, Usublu, Ballar, Baharlı, Ortaqışlaq, Böyükbəyli, Qaradağlı, Rzalar, Evoğlu, Zəngişalı, Mahrızlı, Əfətli, Hacıməmmədli, İsalar, Küdürlü, Həsənçobanlı, Hacıturalı, Qəhrəmanbəyli, Məmmədbağırlı. Çəmənli, Şükürağalı, Saraclı, Xındırıstan, Sarıçoban, Dadaşlar, Kəlbahüseynli, Paşabəyli, Yüzbaşılı-I, Yüzbaşılı-II, Baharlı, Bəybabalar, Baş Qərvənd, Orta Qərvənd, Ayaq Qorvənd, Çıraqlı, Əhmədağalı, Mirəşəlli, Kolqıslaq, Nəmirli, Təzəkənd, Mərzili, Ergi, Şahbulaq.
Ağdam aranlı-dağlı Qarabağın dörd bir tərəfinə uzanan yollar başında qərar tutan mehriban bir ürəkdi. Ağdam Qarabağın ağ günü, ağır-ağır ellərin, elatların yurdudu. Bu yerlər muğam, sənət və şirin-şirin ləhcələrə anadır. Qasım bəy Zakir, Əbdürrəhim bəy Haqverdiyev, Xudu Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Arif Babayev, Ramiz Quliyev, Qədir Rüstəmov... kimi istəkli sənətkarlar, müdrik insanlar Ağdamda dünyaya göz açıblar.
Ana nəfəsi var şirin dilində,
Dost ilə böləndi çörəyi Ağdam.
Ümid çıraqları tutub əlində
Külli - Qarabağın ürəyi Ağdam
Coğrafi mövqeyi
Rayonun relyefi əsasən düzənlik, qismən alçaq dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ düzünün mütləq hündürlüyü cənub-qərbdən şimal-şərqə doğru tədricən azalır. Ərazidə əhəng daşı, sement xammalı, çınqıl və qum yataqları var. Rayon ərazisində Xaçın və Qarqar çayları axır.

Ərazisi - 922 km2
Əhalisinin sayı - 11544
İnzibati mərkəzi - XOCALI
Qəsəbələr / Kəndlər
Xocalı şəhəri, Xankəndi, Kərgicahan qəsəbəsi, Kosalar kəndi, CəmilH kəndi, Meşəli kəndi. Hələ də Xocalı torpağı qan qoxuyur. Bu yerdə lap yaxın keçmişdə minlərlə azərbaycanlı günahsız yerə güllə-baran edildi... Xocalıda qocalara, uşaqlara, qadınlara rəhm etmədilər. Nahaq qan axıdıldı və bu faciə erməni faşizminin iç üzünü açdı. Xocalı faciəsini bütün Azərbaycan xalqı matəm elədi. Şuşa yamacında yaralı bir kənd - Xocalı. Fəqət mərd xocalıların qəlbində ümid çırağı hələ də yanır. Onlar bu yerləri - əsrarəngiz dağları, yalçın qayaları, babalardan yadigar qalan abidələri hər zamankından daha çox sevəcəklər. Çünki Xocalı torpağını şəhid qanı müqəddəsləşdirib.
Coğrafi mövqeyi
Rayonun ərazisi əsasən dağlıq və dağətəyi sahədə yerləşir. Rayonda 57 yaşayış məntəqəsi var idi. 26 fevral 1992-ci ildə Xocalı erməni silahlı dəstələri tərəfindən işğal olundu.
İqtisadi xarakteristikası
Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, şərabçılıq zavodu, alkoqolsuz içkilər istehsal edən zavod, böyük donuzçuluq və heyvandarlıq kompleksləri, toxuculuq fabriki, tikiş fabrikləri var idi.

Ərazisi - 1936 km2
Əhalisinin sayı - 53962
İnzibati mərkəzi - KƏLBƏCƏR
Qəsəbələr / Kəndlər
Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Ləmbəran ərazisi, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılmclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarh, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli. Günəşli.
Kəlbəcər uca zirvədə qərar tutan qartal misalındadı. İstisuyu, allı-güllü yaylaqları insan nəfəsi üçün darıxır indi.
Bahar fəsli, yaz ayları gələndə
Süsənli-sünbüllü, laləli dağlar.
Yîxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar...
Coğrafi mövqeyi
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvə Kamış dağındadır (3724m). Ərazinin çox hissəsi meşəlikdir. Rayonda 132 yaşayış məntəqələri vardı. Rayonun ərazisi 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.
İqtisadi xarakteristikası
Kəlbəcər rayonunun gözəl və zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, münbit torpaqları vardır. Kənd təsərrüfatında əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

Ərazisi - 1458 km2
Əhalisinin sayı - 84000
İnzibati mərkəzi -XOCAVƏND
Qəsəbələr / Kəndlər
Qaradağlı, Xocavənd, Ömrallar, Muğanlı, Kuropatkin, Tuğ, Haxulu, Salaketin, Günəşli, Xətai. Dağ yamaclarına səpələnmiş beş-on Qarabağ oba sı. Məşhur Tuğ kəndi... Bir qədər əvvəl azərbaycanlılar burada ermənilərlə çəpər-çəpərə yaşayırdılar. Erməni qonşu namərd çıxdı. Xocavənd camaatı hələ ki, qoyub gəldikləri buz bulaqları, səfalı dağları xatirələrində yaşadır, ora dönəcəkləri günü səbrsizliklə gözləyirlər. Hələ ki, Xocavənddə bal kimi şah tut, buz kimi bulaq suyu, şüşə kimi saf hava qəriblik çəkir, əsil sahibləri üçün darıxır...
Coğrafi mövqeyi
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir.
İqtisadi xarakteristikası
Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tutur.

Ərazisi - 1050 km2
Əhalisinin sayı - 54430
İnzibati mərkəzi - CƏBRAYIL
Qəsəbələr / Kəndlər
Yarəhmədli, Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, İmambağı, Horovlu, Çaprand, Safarşa, Çərəkən, Papı, Əfəndilər, Balyand, Qaracallı, Doşulu, Süleymanlı, Daşkəsən, Qışlaq, Quycaq, Şəybəy, Nüzgar, Şahvəlli, Niyazqullar, G.Veysəlli, Tinli, Qovşudlu, Hacı İsaqlı. Qoşabulaq, Şükürbəyli, Şıxalıağalı, Mahmudlu stansiyası, Fuğanlı, Dəjəl, Əmirvarlı, Sarıcallı, Məzrə, Yuxarı Məzrə, Soltanlı, Yanarxaj, Alıkeyxalı, Maşanlı, Hasanlı, B.Mərcanlı, A.Mərcanlı, Mehdili, Çaxırlı, C.Mərcanlı, Minbaşılı. Sədi, Ağtəpə, Kavdar, Mirək, Hüseynallar. Hacılı, Tulus, Dağ Tumas, Qaraağac. Sofulu, Çələbilər, Dağ Maşanlı. Qazanzəmi, Söyüdlü, A.Maralyan, Y.Maralyan, Karxulu, Cəfərabad, İsaqlı, Qalacıq, Hovuslu, Sirik, Aşağı Sirik, Şıxlar, Mollahəsənli, Əsgərxanlı, Xələfli, Qərər, Kürdlər, Nüsüs, Tatar, Qumlaq, Məstalıbəyli, St.Qumlaq, St. Xudafərin, St.Xələfli
Kiçik Qafqaz dağlarının ətəklərində binə tutan bu gözəl, zümrüd meşəli, buz bulaqlı bölgənin adamları inanırlar ki, onların binələndiyi yerin adı səkkizinci yüzillikdə yaşamış Cəbrayıl atanın ismindən götürülüb. Fəqət saysız-hesabsız abidələr, mağaralar, qalaların, bürclərin, məbəndlərin qalıqları tarixin daş dili ilə pıçıldayır ki, burada insanlar min illər boyu ömür sürmüşlər. Havası saf, göy üzü təmiz, adamları qədirbilən, etibarlı Cəbrayıl! Aşıq Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərimin, Aşıq Humayın ilham aldığı torpaq... Aşıq Qurbaninin bulaq kimi çağlayan şer dilinə baxın hələ:
Qurbani der: heç kəs yarın öyməsin,
Düymələ yaxanın çarpaz düyməsin.
Dəstələ, zülflərin yerə dəyməsin,
Yollar qubarlanar, toz dəyər sənə.
Cəbrayılda çağdaş illərdə də saysız-hesabsız sənətkarlar, ziyalılar yetişmişdir. Orda bir körpü var: Xudafərin! Bu bir qeyrət körpüsüdür, xalqımızın tarixi birliyini zaman-zaman yada salır.

Ərazisi - 826 km2
Əhalisinin sayı - 31300
İnzibati mərkəzi - QUBADLI
Qəsəbələr / Kəndlər
Qayalı, Abdalanı, Ləpəxeyranlı, Mahmudlu, Dondarh, Mirlər, D.Msxanlı, Saray, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtiz, Zor, Y.Xocamsalh, Mehrili, A.XocamsalIı, Hal, Qəziyan, Məmər, Mollalı, Ballıqaya, Çərəli, Boynakər, Soldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Qiyaslı, Əbilcə, Xocahan, Tinli, Qilican, Tatar, Qiyaslı, Qaraqoyunlu, Zilanlı, K.Mahruzlu, Seləli, Mahruzlu, Muğanlı, Alaqurşaq, Xanlıq, Həmzəli, Əfəndilər, Yusifbəyli, Çaytumas, Y.Mollu, A.Mollu, Mollaburan, Xoçik, Mərdanlı, B.Soltanlı, Padar, Qaraimanlı, Qaracalh, Qarakişilər, Qarağac, Sanyataq, Muradxanoı, Həkərli, Xəndək, İşıqlı, Başarat, Milallı, Hat, Deşdahat, Armudluq, Çardaxh, Tarovlu, Xələc, Əyin, Göyərcik, Cılfır, Seytas, Göyərabas, Bəxtiyarlı, Novlu, Məzirə, Giircülii, Dovudlu, Qədili, Eyvazlı, T.Müskanh, Bala Həsənli, Xıdırlı, A.Cİbikli, Y.Cibikli, Xallava, Məlikəhmədli, Qundanh, Ə.Uşağı.
Bir yanında Bərgüşad çağlayır, bir yanında Həkəri. Çaylar boyu ellər, obalar, ağban evlər... Bu yerlərdə Qaçaq Nəbi at oynatdı, Həcər sədaqəti igidlərə ürək verdi. Qubadlı - Azərbaycanın mərdlər, igidlər yurdu olub. Qubadlı mərd insanların əli ilə də öz övladlarına qovuşacaq.
Coğrafi mövqeyi
Rayon Qarabağ yaylasının cənub-şərqdə yerləşir. Ərazisində 95 yaşayış mənətəqəsi var.

Ərazisi - 707 km2
Əhalisinin sayı - 33890
İnzibati mərkəzi - ZƏNGİLAN
Qəsəbələr / Kəndlər
Üzümçülər, Mincivan, Malatkeşin, Gen-lik, Beşdəli, Keçikli, Bartaz, Qarqulu, Ör-dəkli, Qaragöz, Qaradərə, Çöpədərə, Baharh, Sobu, Dəlləkli, Rəzdərə, Kollu-Qışlaq, Şatarizli, Məşədi İsmayıllı, Zəngi-lan, İçəri Müşlan, Məlikli, Qıraq Müşlan, Üdqun, Yenikənd, Rəbənd, Alıbəyli, Balabəyli, Sarıl, Xumarlı, Hacaüı, Həkəri, Şərifan, Muğanlı, Xurama, I Ağalı, II Ağalı, III Ağalı, Məmmədbəyli, Babaylı, Zərnəli, Havalı, Aşağı Yeməzli, Orta Yeməzli, Yuxarı Yeməzli, Sarallı Xəşbab, Quyudərə Xəşbab, İsgəndərbəyli, Ağbiş , Ağakişilər, Vejnəli, Muğanlı, Aladin, Dərə Gilətağ, Gilətağ, Şamlı, Mirzə Həsənli, Şərikan, Bürünlu, Seyidlər, Şayıflı, Gəyə-li, Qaragöl, Nəcəflər, Yusiflər, Tağlı, Ca-hangirbəyli, Tatar, Turabat, Tiri, Vəliqulu-bəyli, Ağbənd, Əmirxanlı, Qazançı, Can-bar, Günqışlaq, Dərəli, Ağkənd. Taleyinə qaçqınlıq kimi acı bir alın yazısı yazılan altı rayondan biri. Erməni quldurları tərəfindən işğal olunana kimi əhalisi əsasən heyvandarlıq və tərəvəzçilik, üzümçülük və arıçılıqla məşğul olmuşdur. Avropada ən böyük çinar meşəliyi də Zəngilan rayonunun ərazisində yerləşir. Burada dövlət qoruğu yaradılmışdı. Zəngilan... Bu gün nigarandı; qoynundan didərgin düşmüş övladlarına görə. Pis günün ömrü az olur, darıxma, Zəngilanım, qəmli buludların dağılar yəqin!..